Flare

İstifadə şərtləri

Son yenilənmə: 6 oktyabr 2026

Tətbiqdən istifadə edərkən bu şərtləri qəbul etmiş sayılırsan.

Flare nədir, nə deyil

Flare sürücülərlə müstəqil seyyar ustaları birləşdirən platformadır. Texniki xidməti biz göstərmirik. Xidmət müqaviləsi sürücü ilə seyyar usta arasında bağlanır; Flare həmin münasibətin tərəfi deyil, vasitəçidir.

Hesab

  • 18 yaşdan yuxarı olmalısan
  • Qeydiyyatda doğru məlumat verməlisən
  • Hesabın təhlükəsizliyinə özün cavabdehsən; şifrəni paylaşma
  • Bir şəxs bir hesab açır

Sifariş və qiymət

  • Seyyar ustalar sifarişə qiymət təklif edir; sən birini seçirsən
  • Seçdiyin qiymət razılaşdırılmış qiymətdir və sonradan dəyişmir
  • İş yerində əlavə nasazlıq aşkarlanarsa, seyyar usta əlavə iş üçün ayrıca razılaşmalıdır — bu, Flare-dən kənar razılaşmadır
  • Seyyar usta seçilənə qədər sifarişi pulsuz ləğv edə bilərsən
  • Seyyar usta yola çıxdıqdan sonra ləğv etmək istəsən, tətbiq daxilindən onunla əlaqə saxla

Ödəniş

Xidmət haqqı sürücüdən seyyar ustaya ödənilir və hazırda yalnız nağddır. Flare sürücüdən çağırış haqqı, abunə və ya əlavə xidmət haqqı almır. Platformanın gəliri seyyar ustalardan alınan komissiyadır.

Kartla ödəniş aktivləşdirildikdə bu bölmə yenilənəcək və geri qaytarma qaydaları tətbiq daxilində göstəriləcək.

Davranış qaydaları

  • Qarşı tərəfə hörmətlə davran
  • Saxta sifariş vermə, saxta qiymətləndirmə yazma
  • Platformadan kənarda razılaşıb komissiyadan yayınmağa çalışma — bu, hesabın bağlanmasına səbəb olur
  • Tətbiqin işinə texniki müdaxilə etmə

Qiymətləndirmə

Hər işdən sonra iki tərəf bir-birini qiymətləndirir. Təhqir, şəxsi məlumat və ya xidmətlə əlaqəsi olmayan məzmun daşıyan rəylər silinə bilər. Reytinqi aşağı düşən seyyar ustalar platformadan çıxarılır.

Məsuliyyət

Xidmətin keyfiyyətinə, görülən işə və onun nəticəsinə seyyar usta cavabdehdir. Flare seyyar ustaların işinə zəmanət vermir və göstərilən xidmətdən yaranan zərərə görə məsuliyyət daşımır.

Bununla belə, mübahisə yaranarsa dəstək bölməsindən bizə yaz — tərəflərin məlumatları və sifariş tarixçəsi bizdədir və həll üçün kömək edə bilərik.

Tətbiqin fasiləsiz işləyəcəyinə zəmanət verilmir; texniki işlər və ya nasazlıq səbəbindən müvəqqəti dayanma mümkündür.

Hesabın dayandırılması

Bu şərtlərin pozulması, saxta məlumat, təkrarlanan şikayətlər və ya qanunazidd istifadə halında hesab müvəqqəti dayandırıla və ya bağlana bilər.

Dəyişikliklər və tətbiq olunan hüquq

Şərtlər dəyişdikdə bu səhifədəki tarix yenilənir. Bu şərtlərə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur.