Flare

Məxfilik siyasəti

Son yenilənmə: 6 oktyabr 2026

Bu siyasət Flare mobil tətbiqinin hansı məlumatları topladığını, nə üçün topladığını və kimə göstərdiyini izah edir.

Topladığımız məlumatlar

Qeydiyyat zamanı

  • E-poçt ünvanı və şifrə — hesaba giriş üçün. Şifrə açıq şəkildə saxlanılmır
  • Ad və soyad — qarşı tərəfin kiminlə görüşəcəyini bilməsi üçün
  • Telefon nömrəsi — sürücü ilə seyyar usta bir-birinə zəng edir; nömrə yalnız aktiv sifarişin qarşı tərəfinə göstərilir
  • Doğum tarixi — yaş həddinin yoxlanması üçün
  • Şəhər — xidmətin mövcud olduğu bölgənin müəyyən edilməsi üçün

Avtomobil məlumatları

Marka, model, rəng və dövlət nömrə nişanı. Seyyar ustanın hadisə yerində doğru avtomobili tapması üçündür və yalnız sifarişi qəbul etmiş seyyar ustaya göstərilir.

Yer məlumatı

  • Sürücüdən — sifariş yaradılarkən cihazın yeri. Sifariş verilmədən yer saxlanılmır
  • Seyyar ustadan — yalnız tətbiqdə «onlayn» rejimə keçdikdə, yaxınlıqdakı sifarişlərin tapılması və sürücüyə hərəkətinin göstərilməsi üçün. Onlayn rejimdən çıxanda yer yenilənmir

Sifariş məlumatları

Xidmət növü, ünvan mətni, sürücünün yazdığı qeyd, əlavə etdiyi şəkil, razılaşdırılmış qiymət, ödəniş üsulu və sifarişin vaxtları.

Qiymətləndirmələr

İş bitdikdən sonra verilən ulduz və rəy mətni. Seyyar ustanın orta reytinqi digər istifadəçilərə görünür; rəyi kimin yazdığı isə yalnız bizə məlumdur.

Bildiriş tokeni

Cihaza push bildiriş göndərmək üçün bir identifikator və platforma adı (Android/iOS). Bu, cihazı tanıyan texniki açardır, şəxsiyyəti deyil.

Toplamadıqlarımız

Kart məlumatları serverlərimizə heç vaxt daxil olmur. Kart nömrəsi, son istifadə tarixi və CVV lisenziyalı ödəniş təşkilatının səhifəsində daxil edilir. Bizdə yalnız ödənişin baş tutub-tutmadığı qeydi qalır.

Həmçinin toplamırıq: ünvan kitabçası, qalereya (sifarişə özün əlavə etdiyin şəkildən başqa), mikrofon, digər tətbiqlərin siyahısı, reklam identifikatorları.

Kim nəyi görür

MəlumatKimə görünür
Ad, telefonYalnız aktiv sifarişin qarşı tərəfinə
Ünvan mətni və qeydYaxınlıqdakı, həmin xidməti göstərən seyyar ustalara
Dəqiq koordinatlarYalnız sifarişi qəbul etmiş seyyar ustaya
Avtomobil məlumatıYalnız sifarişi qəbul etmiş seyyar ustaya
Seyyar ustanın yeriAktiv sifariş zamanı sürücüyə
Orta reytinqBütün istifadəçilərə
E-poçt, doğum tarixiHeç kimə — yalnız bizə

Sifariş verilənə qədər yaxınlıqdakı seyyar ustalar yalnız ünvan mətnini, qeydi və öz məsafəsini görür — dəqiq koordinatları yox.

Üçüncü tərəflər

  • Supabase — verilənlər bazası və autentifikasiya (məlumatların saxlanması)
  • Ödəniş təşkilatı — Azərbaycan Mərkəzi Bankının lisenziyasına malik; kart əməliyyatları onda emal olunur
  • Expo / Google (FCM) — push bildirişlərin çatdırılması
  • OpenStreetMap — xəritə təsvirləri; xəritəyə baxarkən baxdığın sahə onların serverindən yüklənir

Məlumatları reklam məqsədilə heç kimə satmır və ötürmürük.

Saxlanma müddəti

Hesab məlumatları hesab mövcud olduqca saxlanılır. Sifariş və ödəniş qeydləri qanunvericiliyin tələb etdiyi müddətdə — maliyyə uçotu və mübahisələrin həlli üçün — hesab silindikdən sonra da saxlanıla bilər. Yer məlumatı yalnız aktiv sifarişlə bağlı olduğu müddətdə əhəmiyyət daşıyır.

Hüquqların

  • Məlumatlarının surətini tələb edə bilərsən
  • Səhv məlumatın düzəldilməsini tələb edə bilərsən
  • Hesabının və məlumatlarının silinməsini tələb edə bilərsən — qanunvericiliyin saxlanmasını tələb etdikləri istisna olmaqla
  • Yer icazəsini istənilən vaxt cihazın parametrlərindən geri ala bilərsən; bu halda sifariş vermək mümkün olmayacaq, çünki seyyar ustanın hara gələcəyi bilinməyəcək
  • Push bildirişləri cihazın parametrlərindən söndürə bilərsən

Müraciət üçün tətbiqdəki dəstək bölməsindən yaz.

Yaş həddi

Tətbiqdən 18 yaşdan yuxarı şəxslər istifadə edə bilər.

Dəyişikliklər

Siyasət dəyişdikdə bu səhifədəki tarix yenilənir. Əhəmiyyətli dəyişikliklər barədə tətbiq daxilində məlumat verilir.